PDF Oxu

Siyasət

  • 399

YAP Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Lev Tolstoy küçəsi 187 ünvanı (Namiq Axundov adına 1 nömrəlı orta məktəb) üzrə ərazi partiya təşkılatının hesabat-seçki yığıncağı keçirilib.

Hesabat-seçki yığıcağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafeinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb.

Lev Tolstoy küçəsi 187 ünvanının (Namiq Axundov adına 1 nömrəlı orta məktəb) kitabxana müdiri Zemfira Useynova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir: “Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. YAP demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır”.

Çıxışlardan sonra səsvermə keçirilib və Lev Tolstoy küçəsi 187 ünvanı (Namiq Axundov adına 1 nömrəlı orta məktəb) təlim tərbiyə işləri üzrə direktor müavini Oksana Əliyeva yekdilliklə Lev Tolstoy küçəsi 187 ünvanı ünvanı üzrə ərazi partiya təşkilatının sədri seçilib.

Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.

Digər xəbərlər