PDF Oxu

Siyasət

  • 470

Gədəbəydə 28 May Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir

image

Mayın 22-də Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının İsalı, Poladlı, Xarxar və Şəhər bir nömrəli tam orta məktəb ərazi partiya təşkilatlarında “28 May Müstəqillik Günü - ölkəmizin tarixinin şanlı səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib.

İlk öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında Müstəqillik Gününün tarixindən, özəl cəhətlərindən və müasir dövrümüzdə Azərbaycanın inkişafından ətraflı söhbət açdılar Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etmişdir.

Xüsusi olaraq vurğulandı ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimiz bu gün də qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir.

Digər xəbərlər