PDF Oxu

Siyasət

  • 2 559

28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib FOTOLAR

28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib FOTOLAR

27 may 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunmuş “Bütövləşən müstəqil Azərbaycanımız” mövzusunda dəyirmi masa keçirildi.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bayram münasibətilə hər kəsi təbrik etdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan, dövlət quruculuğu, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə hər dəfə nəzər salındığını bu mühüm ictimai-siyasi hadisənin ətraflı təhlil edildiyini, hərtərəfli öyrənildiyini vurğuladı. Fəaliyyət dövründə həyata keçirilən tədbirlərin dövlətçilik əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi, onun beynəlxalq səviyyədə tanınması, müstəqil dövlət kimi fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Sonra tədbirdə iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova, Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Samux şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Nuridə Həsənova, Samux şəhər 3 saylı tam orta məktəbin müəllimi Səlminə Məmmədova və Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən danışdılar.Ümummilli lider Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyəti qurucularına yüksək önəm verərək, tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasına, ənənələrin qorunub saxlanılmasına və daha çox inkişaf etdirilməsinə böyük səy göstərdiyini vurğuladılar.

Digər xəbərlər