PDF Oxu

Siyasət

  • 1 483

Qaradağ rayonunda Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

image

Qaradağ rayonunda şəhid Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May-Müstəqillik Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra məktəblilərin təqdimatında 28 May - Müstəqillik Gününə həsr olunmuş bədii hissə nümayiş etdirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid Seyfulla Məmmədovun həyat yoldaşı Nərgiz Məmmədova, məktəbin direktoru Sərvinaz Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqilliyi şərtləndirən amillərdən, həmin dövrdə siyasi şəraitdən danışıblar. Həmçinin qeyd olunub ki, müstəqil və Azərbaycan dövlətinin yenidən möhkəm təməllər üzərində qurulmasında, dünyada tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 107-ci ildönümü münasibətilə keçirilən minifutbol üzrə yarışın qalib komandasına kubok və diplomlar təqdim olunub.

Digər xəbərlər