PDF Oxu

Siyasət

  • 1 228

"Müasir Azərbaycan AXC-nin tamhüquqlu varisidir"

image

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə dəyirmi masa təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və Şəki rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə məruzə ilə çıxış ediblər. Natiqlər Azərbaycanın 1991-ci ildə yenidən qazandığı müstəqilliyin qorunub saxlanmasında, ölkəmizin daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib: “Ərazi bütövlüyü və suverenliyini tam bərpa edilmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağı bu gün ölkəmizin bütün ərazisində dalğalanır”.

Digər xəbərlər