Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı 6 saylı ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev və kollecin müəllimi Anar Süleymanov çıxış edərək Azərbaycanın dövlətçilik tarixində Konstitusiyanın rolu, ölkə suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatlar və Ulu Öndər Heydər Əliyevin bu sahədə əvəzsiz xidmətləri haqqında danışıblar.
Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini qeyd ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman və təşəkkürnamə təqdim olunub.