PDF Oxu

Siyasət

  • 1 147

Qürur tariximiz

image

1918-ci il mayın 28 də Azərbaycanın Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın Müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsirlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr əzrində Azərbaycanın ilk parlamenti, höküməti dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, cumriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların forması istiqamətində mühüm adımlar atmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyini möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında demokratik prinsiplərin təsbiq edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan xalq Cümhuriyyətin müsalman şərqində demokratiya ənənələrin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyası-iqtisadı dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev azərbaycan dövlətçiliyibi qoruması üçün qətiyyətli tədbirlər gördü. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, dahi münaqişələr digər tərəfdən ölkəni çətin vəziyyətə salmışdır. Ulu öndər Heydər Əliyev hər zaman dövlət və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafellərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursun müstəqil və güclü dövlət modelini praktik sürətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək dünyanın hüquqi siyasi atmosferi müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yüksək sürətlə inkişaf etdirməyə üstünlük vermişdir.

SSRİ-nin süquta uğraması ikinci dəfə müstəqillik bayrağımızı qaldırmağa azərbaycan xalqı üçün əlverişli tarixi şərait yaratdı. Deyərdim ki, taleyin bəxş etdiyi imkan idi bu tarixi hadisə. Bu, Azrəbaycan xalqın siyasi tarixində XX əsrdəki ikinci böyük qələbəsi idi. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. 1991-ci il oktyabrın 18-də «Azərbaycanın dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü — müstəqil inkişaf dövrü başlandı. 15 oktyabr 1994-cü il tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən 18 oktyabr Dövlət müstəqilliyi gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında Fərman imzalanmışdır.

Müstəqillik hər birimiz ücün milli mənəvi sərvətdir. Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nailliyətlərin şah əsəri heç şübhəsiz Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə 44 günlük Vətən Müharibəsində Rəşadətli Azərbaycan Ordusunun Doğma Qarabağımız, Düşmən torpağından azad etməsi və bundan doğan regionda yaranan reallıqlardır. Qeyd etmək lazımdır ki, regionda sabitləşdirici faktor kimi çıxış edən Azərbaycan eyni zamanda beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. Beynəlxalq münsibətlər sisteminə yeni dəyərlər təklif edir.

Heydər Əliyev: Müstəqıllıyımız əbədidir, daimidir, dönməzdir

Müstəqilliyin mübarək, AZƏRBAYCAN!

Şəhla Xəlilova

YAP Yasamal rayon “H. Cavid pr. 131” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər