Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Behrud kəndindən olan şəhidlər Cəmil Novruz oğlu Rzayev və Səbuhi Fərman oğlu Şəfiyevin ailələrini evlərində ziyarət edib.
Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri qəhrəmanlıq, vətənpərvərlik və hünər simvoludur. Dövlətimiz və xalqımız şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir, onların xatirəsini daim əziz tutur.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Millət vəkili, həmçinin Culfa rayonunun Xanəgah kəndinin ən yaşlı sakini 100 yaşlı Vəli Qulu oğlu Qasımovu da evində ziyarət edib.