PDF Oxu

Siyasət

  • 868

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhidin ailəsi ziyarət olunub

image

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları Yenigün kəndində Vətən müharibəsi şəhidi Quliyev Rusif Asim oğlunun ailəsini ziyarət ediblər.

Şəhidimizin Təranə adında bir qız övladı var. Təranənin anası 2019-cu ildə vəfat edib, atası isə 2020-ci ildəVətən müharibəsi zamanı şəhid olub.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhidimizin övladını təbrik edərək ona ən xoş arzularını çatdırıblar. Daha sonra YAP Ağstafa rayon təşkilatı tərəfindən alınan hədiyyələr balaca Təranəyə təqdim olunub.

Görüşdə şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər