PDF Oxu

Siyasət

  • 829

Qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsi

image

Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş bir çox rayonlarımızda müxtəlif vaxtlarda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regional əhəmiyyətli tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də 28 may 2025-ci il tarixdə Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Zirvə görüşü idi.

Laçın rayonunun azad olunmasından sonra bu ərazidə keçirilən hər bir tədbir Azərbaycan üçün mühüm siyasi əhəmiyyət daşıyır.

Mayın 28-də Prezident cənab İlham Əliyevin Laçın şəhərində etdiyi çıxış bir çox mühüm məqamlar ilə yadda qaldı.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, "Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var."

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən Zirvə görüşü qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsinə çevrilib.

Mansur QULİYEV,

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər