PDF Oxu

Siyasət

  • 974

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

image

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaradağlı kəndində Vətən müharibəsi şəhidi Sənan Səlim oğlu Məmmədlinin ailəsini ziyarət edib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan millət vəkili tərtərlilərin tarix yazan Sənan kimi oğulları ilə fəxr etdiyini bildirib.
Anar Məmmədov şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, Prezident İlham Əliyevin bu kateqoriyadan olan şəxslərin problemlərinin həlli bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər