PDF Oxu

Siyasət

  • 1 579

Azərbaycan - Türkiyə - Pakistan birliyinin növbəti təzahürü

image

28 may 2025-ci il tarixində Laçında keçirilən Zirvə görüşü Azərbaycan, Türkiyə və Pakistan ölkələrinin qarşılıqlı əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoydu. Üçtərəfli görüş təkcə diplomatik sahədə deyil, eyni zamanda iqtisadi, enerji, müdafiə və nəqliyyat sahələrində də konkret layihələrin müəyyənləşdirilməsidir. Bu görüşün Laçında keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin olunması baxımından simvolik əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında bu görüşü "böyük simvolik mənaya malik" olduğunuı və bu ənənənin davam etdiriləcəyinə əminliyini ifadə etdi. Üç ölkə Liderlərinin görüşü zamanı ölkəmizin başçısı cənab İlham Əliyev vurğuladı:“Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. Prezident cənab İlham Əliyev qeyd etdi ki, “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.

Ölkə başçısı cənab İlham Əliyevin Laçın çıxışı Azərbaycanın siyasi iradəsinin, regional liderliyinin və beynəlxalq nüfuzunun bəyanatıdır.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən Zirvə görüşü qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsinə çevrilib.

Səyyad MIRZƏYEV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər