PDF Oxu

Siyasət

  • 1 456

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatında iclas keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Cavadxan küçəsi, 13” ünvanı (DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi) üzrə ərazi partiya təşkilatında iclas keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkəmizin dinamik və uzunmüddətli tərəqqisi yolunda mühüm xidmətlərini diqqətə çatdırıb.
Sonra təşkilati məsələlərə baxılıb. Mərkəzin direktoru Elnarə Ənsari ərazi partiya təşkilatının sədri seçilib.

Digər xəbərlər