PDF Oxu

Siyasət

  • 1 220

Binəqədidə şəhid övladları üçün bayram tədbiri keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarının iştirakı ilə bayram tədbiri keçirilib.Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfərdən danışılıb, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.Şəhid övladları müxtəlif əyləncəli attraksionlardan istifadə edib, oyunlar oynayıblar.Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Digər xəbərlər