Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı sədrinin müvafiq əmri ilə Biləsuvar şəhəri,Heydər Əliyev prospekti 333ünvanında yerləşən “Yovşan” klinikasında ərazi partiya təşkilatı təsis edilib. Əmrə uyğun olaraq 2 iyun 2025-ci il tarixdə yeni yaradılmış ərazi partiya təşkilatınının təsis iclası keçirilib.
Bu münasibətlə keçirilmiş təsis iclasında YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, “Yovşan” klinikasının baş həkimi Xoşbəxt Ağayeva və yeni ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Təsis iclasında çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlıcəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaranmasından, partiyanın ölkəmizin davamlı uğurlarına töhfələrindən geniş bəhs edərək bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaq hər birimiz üçün böyük qürurdur. Yeni Azərbaycan Partiyasının məqsəd və məramı dövlətimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yüksəlməsinə töhfələr verməkdir. Yarandığı dövrdə qəbul olunan Proqramında əsas çağırışı “Yeni Azərbaycan uğrunda!” olan YAP bu illər ərzində böyük inkişaf yolu keçərək hər dövrün tələblərini yüksək səviyyədə cavablandıraraq, 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda işlənib hazırlanan və qəbul edilən yeni Proqramında “Biz birlikdə güclüyük!” deyir. Ulu Öndər Yeni Azərbaycan Partiyası yaradılanda necə böyük əminliklə “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” deyərək bəyan etmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Azərbaycan dünyaya Günəş kimi doğacaq” əminliyini ifadə etdi. Son 22 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev əminliklə ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Kamil Qurbanlı yeni ərazi partiya təşkilatının yaradılmasının məhz “Konstitusiya və Suverenlik İli”nə təsadüf etdiyini önə çəkərək bu mühüm məqamı da xüsusi vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan beş ildir ki, tarixi Zəfərinin reallıqlarını yaşayır. Hazırda azad Qarabağ, azad Şərqi Zəngəzur dirçəlir. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad görmək idi. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha böyük uğurlara imza atacaq.
“Yovşan” klinikası əməkdaşlarının ərazi partiya təşkilatı təsis etmək məqsədi ilə partiyanın rayon təşkilatına müraciət etdiklərini bildirən təşkilat sədri bu müraciətin araşdırıldığını və təşkilatın təsis olunması barədə müsbət qərara qəbul edildiyini bildirdi. Bu münasibətlə keçirilən iclasın işinə uğurlar arzuladı.
İclasda çıxış edən Xoşbəxt Ağayeva YAP Rayon təşkilatının fəaliyyətinə töhfə verməkdən ötrü daima çalışdıqını bildirərək bundan sonra da rəhbərlik etdiyi kolektivdə partiya üzvlərinin fəallığına nail olacaqına əminliyini ifadə etdi.
Ərazi partiya təşkilatın təsis olunması ilə əlaqədar olaraq iclasda təşkilati məsələyə baxıldı. Səsvermə yolu ilə Xoşbəxt Təzəbəy qızı Ağayeva yekdillikləHeydər Əliyev prospekti 333 ünavanında yerləşən 47 saylı şəhər ərazi partiya təşkilatının sədri, Vüqar Səfərəli oğlu Baxşıyevsədr müavini seçildilər.Yeni seçilmiş sədr və sədr müavini göstərilən etimadı doğuruldacaqlarını bildirdilər.
İclasın sonunda YAP Rayon təşkilatının sədri K.Qurbanlı yeni təsis olunan ərazi partiya təşkilatına uğurlar arzuladı.