PDF Oxu

Siyasət

  • 647

Gələcəyi susdurulmuş uşaqlar

image

4 İyun - Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür

Uşaqlar gülərsə, dünya gülər, uşaqlar sevinərsə, cahan sevinər, fikrində böyük bir həqiqət dayanır. Dünyamıza sülh, əmin-amanlıq gərəkdir ki, məsum uşaqlar gülsün. Aydın səma, parlaq günəş, ağlamayan analar və xoşbəxt uşaqlar məfhumları bir-biri ilə zəncivari şəkildə bağlıdır. Dünya müharibənin od-alovunu çox görüb və bundan əziyyət çəkən günahsız uşaqlar ata-anasını, doğulduğu yurdu, hətta həyatlarını belə itiriblər. Dünyanın müharibə adlı fəlakətinin, dəhşətli bəlasının günahsız qurbanları Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günündə anılır. 4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür. Bu gün dünya ictimaiyyəti münaqişələr və terrordan zərər çəkən uşaqların gününü qeyd edir. Bütün dövlətlər uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməli, müharibə edən tərəflərin hərbi əməliyyatlar zamanı uşaqlara qarşı törədilən bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır. 1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin məsələsi üzrə xüsusi sessiyasında hər il iyunun 4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd etməyi qərara almışdır. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis etmişdir. Bu günün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir.

26 UŞAĞIN MÜƏMMALI TALEYİ

Azərbaycanda olan uşaqlar da müharibənin ağrı-acısını yaşamış, təcavüz və terrorların qurbanına çevrilmişdilər. Qaçqın, köçkün həyatını yaşamaq məcburiyyətində qalan uşaqlarımızın taleyinə uğursuz uşaqlıq həyatı yazılmışdı. 30 ilə yaxın işğalçı Ermənistan tərəfindən torpaqlarımız zəbt olunmuş və azyaşlıların həyatında qara zolaq olaraq iz salmışdır. Müharibə, Xocalı kimi soyqırımı yaşayan və ya həyatlarını iştirən uşaqların xoşbəxt yaşayan uşaqlar kimi tale üzlərinə gülməmişdir. Çadır şəhərcikləri, ah-naləli ömür onların psixoloji sarsınğtılar keçirmələrinə səbəb olmuşdur. Bütün dünyada münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında dəqiq statistika aparan yoxdur. Ekpertlərin qənaətinə görə, mərmi və güllə səsləri uşaqlarda travmalar yaradır. Bu uşaq psixikasına çox ciddi zərbə vurur. İnsan cəsədi, qan və ya bu kimi şeylər nəinki uşaqlarda çox ciddi psixi travma yarada bilər. Uşaqlarda isə davranış pozuntularına, dərin depressiyalara səbəb ola bilər. Böyüyəndə belə uşaqlarda şəxsiyyət pozuntusu, müxtəlif sayılı nevrozlar olur və onlar şəxsiyyətlərini tam istədikləri kimi inkişaf etdirə bilmirlər. Müharibə şəraitində böyüyən uşaq bir çox şeylərdən məhrumdur.

Hələ valideynləri həlak olan, şikəst olan, yaralanan uşaqların psixikasında nələrin yaanıldığının izahına ehtiyac yoxdur.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-ı uşaq yaralanıb. Əsir götürülənlərdən 26 uşağın taleyi bu günədək məlum deyil.

GƏLƏCƏYİ OLMAYAN UŞAQLAR

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir." Bu, bəli təkcə minadan əziyyət çəkən uşaqları sayıdır. Ermənistan Silahlı Qüvvələri tərəfindən 44 günlük müharibə dövründə amansız və aqressiv davranışlar özünü daha qabarıq büruzə verdi. Bütün dünya münaqişə zonasından kənarda, Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında mülki əhaliyə qarşı ermənilərin terror hücumlarının yaxından şahidi oldu. Bu terror hadisələri nəticəsində 12 uşağın həyatını itirməsi, 50 uşağın isə xəsarət alması işğalçı Ermənistan Silahlı Qüvvələrinin əsl simasını bir daha ortaya qoydu.

Əlbəttə ki, hərbi münaqişələr zonasında yaşayan uşaqlar – gələcəyi olmayan uşaqlardır. Azərbaycanın balaca uşaqları bu terrorların qurbanına çevrilib.

44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasından xəbər vermirmi? Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Ermənistan tərəfindən həyata keçirilən terror aktları və müharibə cinayətlərinə etinasızlıq göstərilmədi. Vicdanla öz vəzifə borclarını yerinə yetirənlər Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşə tutmasını, nəticədə çox sayda mülki şəxsin həyatının itirməsinin şahidinə çevrildilər. Gəncədə yaşanılan matəm məgər erməni təcavüzkarlığının üzü deyildimi?

2020-ci il sentyabrın 27-də saat 6 radələrindən Ermənistan silahlı qüvvələri tərəfindən başlamış silahlı hücumlar və hərbi təcavüz nəticəsində Ağcabədi rayonu üzrə 1 mülki şəxs qəsdən öldürülüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxslərdən 5-i qadın, 14-ü isə kişi, o cümlədən 2-si azyaşlıdır.

Kim idi bunları törədən? İnsanlarda onların əməllərinə qarşı yaranan qəzəb və nifrət yaddaşlardan silinərmi? Bu tarixdir: erməninin terrorçuluq əməllərinin izi və tarixi.

DÜNYA VƏ İNSANLIQ BU FACİƏNİ NECƏ QƏBUL EDİR?

Gəncədə törədilən terror aktı daş yaddaşımıza həkk olunub. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışacaq. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Lənnətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Bunu silmək, yox etmək qeyri-mümkündür. Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddan çıxarmı? Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Dünya, insanlıq bu faciəni necə qəbul edə bilər? Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini qatili olan erməni. O erməni ki, 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən daha bir çirkin siyasətin nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktıdır. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyi, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsi sübut edildi. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşısında ermənilərin təcavüzkar siyasəti bir daha ifşa edildi.

BMT-NİN UŞAQ HÜQUQLARI HAQQINDA KONVENSİYASININ MÜDDƏALARININ KOBUD ŞƏKİLDƏ POZULMASI

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.

Ermənilərin tarixən kim olduqları dünyaya sübut edilib. Axı, Azərbaycana gələn səyyahların, böyük yazıçıların, tarixçilərin onlarla bağlı yazdıqları sözləri unutmamışıq. Qəbirləri dağıdan, şumlayan, məsciddə donuz saxlayan vəhşidən nə gözləmək olar? Beynəlxalq tribunalardan onların əməllərinə qarşı hökm oxunmalıdır. Humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq hüququn normalarını, qanunvericiliyi kobud şəkildə pozan Ermənistan rəhbərliyi bütün hərbi cinayətlərə görə cavab verməlidir. Artıq Azərbaycanın haqlı mövqeyi müdafiə olunur.

Terror qurbanı olan uşaqların işıqlı gələcək həyatları qabaqda idi. Hər birini xoşbəxt gələcək gözləyirdi. Erməni vəhşilərini müdafiə edənlər acı həqiqətlər qarşısında məsuliyyət daşıyırlar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər