PDF Oxu

Siyasət

  • 1 684

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb

image

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan federasiyaya 2 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.Qeyd edək ki, Azərbaycan minifutbol yığması Milli Gimnastika Arenasında keçirilən mundialın finalında Macarıstan komandasına 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Digər xəbərlər