PDF Oxu

Siyasət

  • 1 609

QHT- Yaşil hidrogenin dayanıqlı inkişafda rolu ilə bağlı layihəyəyə start verib FOTO

image

”Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə Azərbaycanın yaşıl hidrogen enerji mənbələrinin dayanıqlı inkişafda rolu ilə bağlı layihəsinə start verib. Layihə çərçivəsində enerji sektorunun dayanıqlı inkişafına töhfə vermək məqsədilə, bərpa olunan enerji mənbələrinin (hidroenergetika, geotermal, bioenerji) və hidrogen saxlama texnologiyalarının inteqrasiyasını araşdırmaq, bərpa olunan enerji mənbələri və hidrogen saxlama texnologiyalarının inteqrasiyası ilə bağlı aparılan araşdırmaların nəticələri ilə bağlı maarifləndirici tədbirlər həyata keçiriləcək. Layihə çərçivəsində Azərbaycanın enerji müstəqilliyini təmin etmək, istixana qazı emissiyalarını azaltmaq və ekoloji təmiz enerji gələcəyini qurmaq məqsədilə regionlarda ekspert və mütəxəssislərlə birgə ictimai müzakirələr keçiriləcək, internet üzərindən TV verlişlər hazırlanıb ictimaiyyətə təqdim olunacaq. Layihənin əsas məqsədi, bərpa olunan enerji mənbələrinin yerli şəbəkələrə inteqrasiyasını gücləndirmək, bununla da Azərbaycanın enerji təchizatının dayanıqlı və müstəqil olmasına töhfə verməkdir.

Digər xəbərlər