PDF Oxu

Siyasət

  • 1 457

Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

image

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Marselu Rebelu de Souzaya məktub ünvanlayıb.Məktubunda portuqaliyalı həmkarına və bütün Portuqaliya xalqına öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini bildirən dövlətimizin başçısı əlavə edib: “İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Digər xəbərlər