Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə məlumat verib.Onun sözlərinə görə, M.Ö.Göktaş iyunun 11-12-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrin ailə, uşaq və sosial problemlər qurumlarının rəhbərlərinin iclasında iştirak edəcək.