PDF Oxu

Siyasət

  • 1 199

Uğurların başlanğıcı

image

Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan durum hər kəsə məlumdur. O illər tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri müqayisəli təhlil edilməli, gənc nəsil müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidir.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, hazırkı Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin yaratdığı möhkəm təməl Azərbaycana davamlı uğurlar qazandırır. Sabitlik təmin edildi, normal biznes mühiti yaradıldı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.Ümummilli Lider Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında idi. Zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Bu gün Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olması da Heydər Əliyev siyasətinin təntənəsidir.Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Onun həyat amalının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan dahi şəxsiyyət Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Ümummilli Lider Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanda böyük əks-səda doğurdu. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edildi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə, ümumxalq partiyasına çevrildi. Hazırda partiyanın sıralarında 750 minə yaxın üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın, dəstəyin ifadəsidir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları fonunda 2021- ci ildə keçirilən VII qurultayında bu əminliyi ifadə etdi ki, YAP ənənələri olan partiyadır. YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu fikirlər Ümummilli Liderin Yeni Azərbaycan Partiyasının gələcəyinə inamının ifadəsi olan “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışının davamıdır.Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə başlanan inkişaf, tərəqqi bütün sahələri əhatə etməklə tarixi Zəfərimizi şərtləndirdi. Bu gün azad Qarabağımız, azad Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdaraq bu torpaqlara yeni nəfəs verirlər. Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın qarşısında yeni üfüqlər açılır.

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Digər xəbərlər