PDF Oxu

Siyasət

  • 1 384

Qurtuluş Gününün müasir sədaları

image

İyun 1993-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Məhz ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti və əzmkarlığı sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.

Müstəqil respublikamızın bugünkü uğurlu inkişafının təməli 15 İyun - Milli Qurtuluş Günü ilə qoyulub. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı, - O, Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bundan sonra Ulu Öndərin aldığı müdrik qərarlar sayəsində Azərbaycanın həyatında xaosa, anarxiyaya, müstəqilliyimiz üçün yaranan daxili və xarici təhdidlərə son qoyuldu, ölkəmiz sabitliyə qovuşdu və inkişafa istiqamətləndi.

1993-cü ilin yayından başlanan uğurlu siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarında öz yerini təmin etdi. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu.

Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Azərbaycan xalqının böyük etimadı əsasında Ulu Öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi.

Ulu öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur.

Elmin MƏMMƏDOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər