Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusuna həsr olunmuş tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak edirlər.İki gün davam edəcək tədbirin ilk günündə TDT-yə üzv ölkələrin nümayəndə heyətlərindən ibarət ekspertlərin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” və “Orta Dəhliz 360 dərəcə: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” kimi mövzular müzakirə ediləcək.