PDF Oxu

Siyasət

  • 1 299

"Prezident daxili və xarici siyasətdə uğurlu fəaliyyət göstərir" - ŞƏRH EDİLDİ

image

"Bu gün biz qətiyyətlə deyə bilərik ki, cənab Prezident həm daxili, həm də xarici siyasətdə uğurlu və ardıcıl fəaliyyət göstərir" . Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.O bildirib ki, 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyev Azərbaycan xalqı naminə çox böyük xidmətlər göstərmişdir: "O, xalqın rifahı və ölkənin inkişafı üçün mühüm islahatlar həyata keçirmiş, böyük addımlar atmışdır. Söhbət təkcə iqtisadi sahədə əldə olunan nailiyyətlərdən deyil, həm də digər istiqamətlərdə – sosial, siyasi və beynəlxalq münasibətlər sahəsindəki uğurlardan gedir. Azərbaycan iqtisadiyyatı son illər ərzində bir neçə dəfə artmışdır. Bu gün ölkəmiz sürətli inkişaf edən dövlətlər arasında öz layiqli yerini tutur.Biz bu uğurların bütün təzahürlərini və nümunələrini müxtəlif istiqamətlərdə aydın şəkildə görürük. Azərbaycanın son illərdə qazandığı ən böyük nailiyyətlərdən biri isə işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Bu gün Azərbaycan xalqı öz torpaqlarını azad edib. Bu gün Azərbaycan bütövdür. Bu gün Azərbaycan suveren və müstəqil dövlətdir. Qeyd etdiyimiz kimi, ölkəmiz davamlı şəkildə inkişaf edir və əldə etdiyi uğurları günü-gündən artırır. Eyni zamanda, bu gün Azərbaycan uğurlu və balanslı xarici siyasət yürüdür. Dünya dövlətləri Azərbaycanla əlaqələrə böyük önəm verir və əməkdaşlığı dərinləşdirməkdə maraqlıdırlar. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və strateji tərəfdaş kimi çıxış edir.Azərbaycan da dünyanın ən vacib dövlətlərindən biri kimi ön plana çıxır. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır və ölkəmiz qlobal miqyasda əhəmiyyətli rol oynayan dövlətlərdən birinə çevrilməkdədir. Azərbaycan beynəlxalq arenada irəliləməyə davam edir, diplomatik əlaqələrini gücləndirir və qlobal məsələlərdə mühüm aktora çevrilir. Möhkəm tərəfdaşlıq kimi əlaqələr Azərbaycanın regional və qlobal geosiyasətdə əhəmiyyətli bir ölkə kimi önə çıxmasını daha da gücləndirir". Müəllif: Söylü Ağazadə

Digər xəbərlər