PDF Oxu

Siyasət

  • 780

Şəmkirdə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

image

YAP Şəmkir rayon təşkilatı “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə “15 İyun – Azərbaycanın Qurtuluş Günü, Dövlətçilik tariximizin dönüş nöqtəsi” adlı tədbir keçirildi.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ərazi partiya təşkilat sədrləri, rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak etdilər.

Rayon təşkilatının qərərgahında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Milli Qurtuluş Gününün tariximizdəki yerindən söz açaraq bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.

Rayon təşkilatının sədri 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışının ölkəmizi böyük bir fəlakətdən xilas etdiyini, vətəndaş müharibəsi astanasında duran bir xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit yaratdığını vurğulayıb: “Əsası Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın reallaşması nəticəsində biz güclü və dünyada sözü keçən dövlətlərdən birini qura bildik. Ümummilli liderin görmək istədiyi suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanı da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bizə bəxş etdi”.

Tədbirdə digər çıxış edən partiya fəallarında Pərvin Gözəlov, Roza Orucova, Famil Həmidov, İdris Əbdürrəhmanov bildiriblər ki, Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün ümummilli liderimizin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır.

Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən partiya fəallarına fəxri fərmanlar təqdim olundu

Digər xəbərlər