PDF Oxu

Siyasət

  • 1 701

“15 iyun – Müstəqil Azərbaycanı davamlı inkişafa aparan yol”

image

12 iyun 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı“Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “15 iyun – Müstəqil Azərbaycanı davamlı inkişafa aparan yol” mövzusunda dəyirmi masa keçirib.

TədbirdəYeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, ərazi partiya təşkilat sədrləri, partiya veteranları və fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov açaraq bildirib ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan xilas etdi. Həmin gün böyük qurtuluşa doğru mühüm addım atıldı. Ümummilli Lider iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında səs çoxluğu ilə Ali Sovetin Sədri seçildi. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ona görə 1993-cü il əslində müstəqilliyimizin ilk ili oldu.15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Ulu Öndərin layiqli davamçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əsaslı tədbirlər görülür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tarixi torpaqlarımızı işğaldan azad etdi.

Çıxışçılardan “Xalqımızın Zəfəri - ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi” mövzusunda Kürdəmir rayon Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin Aran şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova, “Ümummilli Lider Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi” mövzusunda ərazi partiya təşkilatının sədri, Ərəbqubalı kənd tam orta məktəbinin direktoru Mais Bayramov, “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda ərazi partiya təşkilatının sədr müavini, Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin hüquqşünası Əliabbas Abdulxalıqov, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda YAP üzvü, gənc fəal “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin dərnək rəhbəri Röya İbişova vurğulayıblar ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni qazandırdı. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Sonra yubiley yaşında olan partiyanın Kürdəmir rayon təşkilatının veteranları Fəxri Fərman və hədiyyələrlə təltif edilib.

Digər xəbərlər