PDF Oxu

Siyasət

  • 1 288

Yasamal rayonunda “Azərbaycanın taleyini dəyişən gün: 15 İyunun strateji əhəmiyyəti” mövzusunda tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə“Konstitusiya və Suverenlik İli” çərçivəsində15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən gün: 15 İyunun strateji əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, YAP Veteranlar şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, YAP Veteranlar şurasının üzvləri Misir Mərdanov, Arif Qaraşov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Yasamal rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx təqdim edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla, dövlətçiliyimizin xilas və inkişaf yolunun başlanğıcı kimi qəbul edilir. Məhz həmin gün xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevinyenidən hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaqdan, vətəndaş müharibəsindən və xaosdan xilasını təmin etdi. Bu gün, həm də Azərbaycançılıq ideologiyasının siyasi səhnəyə tam qayıdışı və dövlət quruculuğu mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir. 1991–1993-cü illərdəki siyasi böhran, səriştəsiz rəhbərlik və separatçı meyillər dövlətçiliyimizi uçuruma aparırdı. Ermənistanla müharibənin acı nəticələri və daxili çəkişmələr fonunda xalq yeganə nicat yolunu müdrik ümummilli lider Heydər Əliyevdə gördü. 15 iyun məhz xalq iradəsinin dövlət iradəsi ilə vəhdətə çevrildiyi tarixi gündür.Ulu Öndərin hakimiyyətə qayıdışı ilə hüquqi dövlət quruculuğu, ordu və təhlükəsizlik sisteminin formalaşdırılması, xarici siyasətdə balanslı kurs və ən əsası, milli birliyin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu günün nəticəsi olaraq, Azərbaycan siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz qazandı.15 iyun ideoloji baxımdan həm də milli kimliyin və suverenliyin təntənəsidir. Bu tarixdə siyasi liderliklə xalq birliyi öz real gücünü nümayiş etdirdi. Əgər bu dönüş baş verməsəydi, bu günki müstəqil və güclü Azərbaycan gerçəkləşməyə bilərdi.Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan strateji xətt də məhz 15 iyunun ideoloji bünövrəsi üzərində inşa olunub. Qarabağın azadlığı, Zəfər yolu və böyük qayıdış siyasəti, milli qurtuluş ruhunun real təcəssümüdür.Milli Qurtuluş Günü yalnız bir tarixi hadisə deyil, həm də azərbaycançılıq ideyasının, milli iradənin və strateji dövlət idarəçiliyinin təntənəsidir. Bu gün hər bir vətəndaş üçün siyasi yaddaş və ideoloji dirçəliş günüdür. Çıxışın sonunda Bəxtiyar Nəbiyev 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərovbildirib ki, Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız təqvimdə yox, xalqın yaddaşında, taleyində mühüm dönüş nöqtəsinə çevrilib. 15 İyun – Milli Qurtuluş Günü belə günlərdəndir. Bu tarixdə yalnız siyasi bir dəyişiklik baş vermədi, həm də dövlətin süqutdan xilas olunması, milli ruhun, azərbaycançılığın dirçəlişi baş verdi.1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Ali Sovetin sədri seçilməsi xalqın iradəsinin təcəssümü, milli yaddaşın siyasi qələbəsi idi. Həmin gün Azərbaycanın yeni tarixinin başlanğıcı oldu. Milli Qurtuluş Günü həm də ideoloji təmizlənmənin başlanğıcı idi. Azərbaycançılıq, milli dövlətçilik və xalq-dövlət birliyi dövlət siyasətinin əsas dayağına çevrildi.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasına və qəbuluna birbaşa rəhbərlik etmişdir. Onun təşəbbüsü və siyasi iradəsi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiya qəbul olunmuşdur. Bu sənəd Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını müəyyən etmiş və demokratik inkişafın əsasını qoymuşdur. Ümummilli liderin uzaqgörənliyi sayəsində Konstitusiya insan hüquq və azadlıqlarının təminatçısı kimi formalaşmışdır.Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Zəfər siyasəti, Qarabağın azad olunması və ölkənin güclənməsi, məhz 15 iyun təməlində formalaşan milli liderlik məktəbinin məntiqi nəticəsidir.15 iyun bizi təkcə keçmişə bağlamır, o, gələcəyə aparan yolun başlanğıcıdır. Bu günün dərsi odur ki, liderlik, siyasi uzaqgörənlik və xalqla birgə yol yalnız uğura aparır.Milli Qurtuluş – Azərbaycanın ikinci dəfə doğulduğu gündür. Bu gün dövlətçilik təfəkkürünün, ideoloji sabitliyin və tarixi məsuliyyətin simvoludur. Ziyafət Əsgərov çıxışının sonunda 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri Şahlar Əsgərov tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd edib. O bildirib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və Özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir! Milli maraqlara əsaslanan daxili və xarici siyasət formalaşdı.Ordu quruculuğu, hüquqi islahatlar və iqtisadi inkişaf üçün bünövrə qoyuldu. Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan müstəqil dövlətə çevrildi.15 iyun tarix deyil, yaşam fəlsəfəsidir – dövlətə inamın və xalqla birliyin simvoludur. Qeyd olunub ki, bu gün müstəqil Azərbaycanın uğurlarındahəmin liderlik məktəbinin izi görünür.Prezident İlham Əliyev bu siyasi kursuuğurla davam etdirir.Bu gün Azərbaycan xalqı unudulmaz Rəhbərin layilqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyimiz üçün açılan yolla qətiyyətlə addımlayır. Bu yol heç şübhəsiz Tarixi Zəfərlərimizin əldə olunması ilə daha da aydınlanmışdır.

Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov vurğulayıb ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn, qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 15 iyun 1993-cü il tarixində baş verən tarixi hadisə - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı.Azərbaycanın bugünkü və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.Müasir dövrdə Azərbaycanınuğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib.Müstəqilliyimizi böyük təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlər bunu bir daha təsdiq edir. 1993-cü ildən bəri keçən tarix onu göstərir ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın ən düzgün strategiyasını Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib, Prezident İlham Əliyev isə onu uğurla həyata keçirir. Çıxışının sonunda Elşad Həsənov tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edib.

Çıxışlardan sonra fəxri fərmanlar, sertifikatlar və üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının təqdimatında bədii hissə ilə davam edib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər