PDF Oxu

Siyasət

  • 1 494

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!” mövzusunda tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, müstəqil Azərbaycanın firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən geniş bəhs edib.
Çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşov bildirib ki, hər il böyük təntənə ilə qeyd olunan 15 iyun tarixi xalqımız üçün qızıl hərflərlə yazılmış əvəzsiz günlərdən biridir: “Azərbaycan xalqının böyük çətinliklərlə bərpa etdiyi dövlət müstəqilliyinin xilası məhz həmin tarixdən başlanır. Ulu Öndər Heydər Əliyevin iyunun 15-də siyasi hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm bir hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur”.
RİH başçısı qeyd edib ki, müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində sürətlə inkişaf edərək dünyada nüfuzlu, qüdrətli bir dövlətə çevrilib. O bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları, onun istək və arzuları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, müstəqil Azərbaycan yeni nailiyyətlərə imza atır.
Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Ülviyyə Bayramova, partiya veteranlarından Fərhad Qocamanov, Ramil Qurbanov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllimi Türkan Allahverdiyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi olaraq yaşayacağını bildiriblər.
Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər və müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub. Həmçinin YAP sıralarına yeni qəbul olunmuş gənc üzvlərə partiya vəsiqələri təqdim edilib.

Digər xəbərlər