PDF Oxu

Siyasət

  • 1 330

Nərimanov rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

image

Nərimanov rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Kompleks qazma işləri” trestində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin rəisi Rəşad Əsgərov, YAP Nərimanov rayon təşkilatının ARDNŞ üzrə ərazi partiya təşkilatının sədri Ağaəli Hüseynov, “A.Nemətulla 105” ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini Vahid Quliyev, Kompleks Qazma İşləri Trestinin şöbə rəisi Coşqun İbrahimli bildiriblər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.
Vurğulanıb ki, Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtmaq ilə Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi, Azərbaycanın bugünkü iqtisadi uğurlarının, iqtisadi rifahının bünövrəsi məhz o zaman qoyuldu, iqtisadiyyatımız böhrandan qurtularaq yüksəlişə qədəm qoydu, ordumuz silahlı dəstələrə bölünməkdən qurtularaq gücləndi, müzəffər orduya çevrildi.
Tədbirin sonunda bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər