15 iyun 2021 – bu tarix Azərbaycanla Türkiyənin qardaşlıq salnaməsində yeni və parlaq bir səhifənin açıldığı gündür. Qarabağın tacı sayılan Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə bir sənəd deyil – bu, tarixin özüdür. Gəlin bu bəyannamənin nələr vəd etdiyinə və niyə bu qədər önəmli olduğuna birlikdə baxaq.Bu əməkdaşlıq ilk olaraq Strateji mesaj – Dünyaya verilən açıq mesaj idi.Şuşa Bəyannaməsi sadəcə diplomatik bir kağız parçası deyil, bu sənəd bölgədə və dünyada yeni bir güc balansının formalaşdığını göstərən möhkəm bir strateji mesajdır. Azərbaycan və Türkiyə bu sənədlə dünyaya açıq şəkildə göstərdilər ki, iki ölkənin təhlükəsizliyi, inkişafı və maraqları bir-birinə sıx şəkildə bağlıdır. Qardaşlığın kağız üzərində yox, real hərəkət və razılaşmalarla yaşadığını isbat etdilər. Bununla yanaşı Sarsılmaz müttəfiqlik – Qan qardaşlığı rəsmi müttəfiqliyə əsrlərlə davam edən qan qardaşlığı,bu bəyannamə ilə siyasi və hərbi müttəfiqliyə çevrildi. Artıq iki ölkə bir-birinə təkcə dost və tərəfdaş deyil, rəsmi müttəfiqdir.Bu o deməkdir ki, Azərbaycan və Türkiyə bir-birinin yanında olmaqda qərarlıdır – istər sülh dövründə, istərsə də təhdid qarşısında. Şuşa Bəyannaməsi “Tək millət, iki dövlət” sözünü siyasi-hərbi bir gerçəkliyə çevirdi.Bu sənəd təkcə siyasət və hərb mövzularına toxunmur. İqtisadiyyat, nəqliyyat, mədəniyyət, energetika, gənclər siyasəti, turizm, innovasiya və daha bir çox sahədə ortaq fəaliyyət planlarını özündə ehtiva edir. Yəni bu, təkcə “qardaşlığımız var” deməklə bitmir – bu bəyannamə göstərir ki, iki ölkə gələcəyi birlikdə qurmaq niyyətindədir. Hər sahədə qarşılıqlı inkişaf planlaşdırılır.Yeni perspektivlərlə gələcəyə birlikdə baxışlar iki ölkənin ortaq zəfəridir
Şuşa Bəyannaməsi ilə Zəngəzur dəhlizi kimi irimiqyaslı layihələrin reallaşması gündəmə gəldi. Bu dəhliz vasitəsilə Azərbaycan və Türkiyə arasında quru əlaqə bərpa olunacaq, Orta Asiyaya açılan yol daha da güclənəcək. Eyni zamanda, gənclər üçün təhsil mübadiləsi, birgə layihələr və texnoloji əməkdaşlıq imkanları genişlənəcək. Gələcəyin dünyasında Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq birgə yüksələcəklər. Bununla yanaşı həmçinin iqtisadi güc olaraq biz birlikdə daha qüdrətliyik
İki ölkənin iqtisadi resursları, sənaye imkanları və tranzit potensialı birləşdikcə, ortaya çox ciddi bir iqtisadi qüvvə çıxır. Şuşa Bəyannaməsi bu gücü daha da artırmaq, qarşılıqlı investisiyaları və layihələri dəstəkləmək üçün baza rolunu oynayır. Həm regionda, həm də qlobal səviyyədə Azərbaycan və Türkiyə iqtisadi cəhətdən daha güclü və rəqabətədavamlı aktorlara çevrilir.Şuşa Bəyannaməsi təkcə iki ölkə arasında deyil, bütün türk dünyası üçün strateji əhəmiyyət daşıyan sənəddir. Bu bəyannamə göstərir ki, tarixə, milli kimliyə və ortaq dəyərlərə əsaslanan müttəfiqlik hər zaman qalıcı olur. Azərbaycan və Türkiyənin dostluğu artıq kağızda deyil – hər sahədə, hər addımda hiss olunur. Bu da biz gənclər üçün həm qürurverici, həm də gələcəyə inamverici bir reallıqdır.
Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı