PDF Oxu

Siyasət

  • 448

“Zəfər gəncləri!”

image

13 iyun 2025-ci il tarixdə YAP Masallı rayon təşkilatı aparatında “Zəfər gəncləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan gəncliyi tarixi Zəfərin qazanılmasında mühüm rol oynayıb. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd tarixi Qələbənin gənc nəslə aşılanması, onların vətənpərvərlik ruhunda maarifləndirilməsinə töhvə verməkdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində formalaşan Azərbaycan gəncləri ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında böyük şücaət göstərərək Müzəffər Ali Baş Komandanın əmrlərini daim yerinə yetirməyə hazır olduqlarını nümayiş etdiriblər. Gənclər tarixi Qələbənin yaratdığı yeni reallıqları özlərinə böyük məsuliyyət bilərək ölkəmizin daha da inkişaf etməsinə çalışmalıdırlar.

Seyfəddin Əliyev məğlubedilməz ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı deyərək qeyd etdi ki, dünya hərb tarixinə isə yeni bir səhifə açaraq, gücünü və haqlı tərəf olduğunu sübuta yetirdi. İkinci Qarabağ müharibəsi xalqın uzun illər itirilmiş inam hissini özünə qaytardı. Bu qələbə hər bir vətəndaşın həyatında dönüş nöqtəsinə çevrildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!”.

YAP Masallı rayon təşkilatının məsləhətçisi Cəlal Əliyev çıxış edərək Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğunu qeyd etməklə, bu böyük zəfərin əldə olunmasında bütün Azərbaycan xalqınının bir yumruq ətrafında birləşdiyini xüsusi ilə diqqətə çatdırdı.

Tədbirdə gənclərdən Elxan Rəcəbov, Vətən müharibəsi iştirakçısı Kənan Qartayev və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs ediblər. Qeyd olundu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Sonda partiya həyatında fəallıq göstərən gənclərə YAP Masallı rayon təşkilatının hədiyyələri təqdim edilmişdir.

Digər xəbərlər