Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli qurtuluşdan suverenliyə gedən Zəfər yolu” adlı tədbir keçirib.Nizami Kino Mərkəzində keçirilən tədbirdə əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub.Sonra konsert proqramı təqdim olunub.