PDF Oxu

Siyasət

  • 1 169

“Qurtuluşdan Zəfərə”

image

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Tədbirdə əvvəlcə rəssam Nigar Helmi Abbasbəylinin Qarabağa həsr olunmuş “Qarabağın mirası” adlı rəsm sərgisi ilə tanışlıq olub.
Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxarıb. Hazırda ölkəmiz Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.
Daha sonra çıxış edən 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayla Qasımova Azərbaycan gənclərinin Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyindən bəhs edib.
Tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər