PDF Oxu

Siyasət

  • 607

“Milli Qurtuluşdan başlanan müstəqillik, inkişaf və suverenlik yolu”

image

13 iyun 2025-ci il tarixdə YAP Xocavənd rayon təşkilatı və Xocavənd rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan başlanan müstəqillik, inkişaf və suverenlik yolu” adlı tədbir keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon təşkilatının sədri Vüsal Hüseynov, hüququ-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra tədbir rayon Mədəniyyət evində davam edib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Tədbirdə bildirilib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.

Vurğulanıb ki, Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi, Azərbaycanın bugünkü iqtisadi uğurlarının, iqtisadi rifahının bünövrəsi məhz o zaman qoyuldu, iqtisadiyyatımız böhrandan qurtularaq yüksəlişə qədəm qoydu, ordumuz silahlı dəstələrə bölünməkdən qurtularaq gücləndi, müzəffər orduya çevrildi.Müasir müstəqil Azərbaycanın möhkəm təməlləri məhz həmin tarixi günlərdə qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları qətiyyətlə həyata keçirilir.

Tədbir Mədəniyyət evi, Rayon Musiqi məktəbi və ümümtəhsil müəssisələrinin birgə hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib, şən musiqilər səsləndirilib, şeirlər söylənilib.

Digər xəbərlər