PDF Oxu

Siyasət

  • 616

Naftalanda 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş“Qurtuluşdan Zəfərə: Uğurlu yolun təməli” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan Şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak edib.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi dərin ehtiramla anılıb, Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçirilib. Həmçinin, Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olunub.

ŞİH-nin başçısı Vüqar Novruzov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, eləcə də müstəqil dövlətimizin qurulması və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz rolundan bəhs edərək bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək, yeni dövlətçilik məktəbinin banisi kimi fəaliyyəti ilə ölkəmizin inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuşdur.

Digər çıxış edənlər qeyd ediblər ki, 1993-cü il 15 iyun tarixi xalqımızın taleyində dönüş nöqtəsidir. Bu əlamətdar günü şərtləndirən əsas amil Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı olmuşdur. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa edildi, sosial-iqtisadi inkişaf təmin olundu və Azərbaycan dünya birliyinə inteqrasiya yoluna çıxdı. Bu siyasi kurs bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz daha da güclənir.

Sonda Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib.

Digər xəbərlər