PDF Oxu

Siyasət

  • 1 330

“Milli Qurtuluşdan Suverenliyin tam bərpasına doğru”

image

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Suverenliyin tam bərpasına doğru” mövzusunda tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Samir Vəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış ediblər.
Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü genişmiqyaslı tədbirlərdən bəhs olunub. Qeyd edilib ki, 15 iyun 1993-cü il tarixi Azərbaycanın siyasi xaos və müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas olması, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin başlanğıc tarixidir. Məhz bu tarixdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə sabitlik bərqərar olub, sistemli şəkildə iqtisadi islahatlara başlanılıb, o cümlədən sahibkarlığın inkişafı üçün əlverişli şərait formalaşdırılıb.
O da vurğulanıb ki, Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir çərçivəsində YAP sıralarına yeni qəbul olunmuş bir qrup KOBİA əməkdaşına üzvlük vəsiqələri, eləcə də partiya fəaliyyətində fəal iştirakına görə KOBİA-nın bir neçə əməkdaşına fəxri fərmanlar təqdim edilib.

Digər xəbərlər