Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, konfransda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzdenin çıxışı nəzərdə tutulub, həmçinin Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Albaniya Ali Məhkəmə Şurasının sədri İlir Rusi və Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Daxili işlər naziri Vilayət Eyvazov və digər ölkələrin hüquq ictimaiyyətinin nümayəndələrinin iştirak edir.Konfransda çıxışlar dinləniləcək, daha sonra “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər”, “Hakim korpusunun komplektləşdirilməsi” və digər mövzularda panel müzakirələr təşkil ediləcək.Konfrans çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.