PDF Oxu

Siyasət

  • 1 152

Azərbaycanın hərbi qulluqçuları Serbiyada keçirilən beynəlxalq təlimdə

image

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən "Platinum Wolf - 2025" çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək.Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək.

Digər xəbərlər