PDF Oxu

Siyasət

  • 988

"Ermənistan tərəfi hələlik adekvat və inandırıcı addımlar atmır" - POLİTOLOQ ŞƏRH ETDİ

image

"Sülh müqaviləsi haqqında danışmaq, fikrimizcə, bir qədər tezdir. Çünki regionda və ümumilikdə dünyada baş verən proseslər olduqca mürəkkəb və qarışıq xarakter daşıyır. Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi davam edir, digər tərəfdə isə Yaxın Şərqdə, xüsusilə də İsrail ilə İran arasında gərginlik gündəmdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, belə bir beynəlxalq şəraitdə hər hansı məsələ ilə bağlı qəti qərar qəbul etmək hələlik erkən görünür. Bu səbəbdən ehtiyatlı və təmkinli yanaşmaq daha məqsədəuyğundur: "Lakin mövcud mənzərə onu göstərir ki, əgər Ermənistan səmimi şəkildə sülh çağırışlarına cavab versə, konkret və real addımlar atsa, bu halda müəyyən irəliləyişlərə nail olmaq mümkündür. Bununla belə, Ermənistanın davranışları çox zaman ziddiyyətli və qeyri-müəyyəndir. Bəzən verilən bəyanatlar bir məna ifadə etdiyi halda, aparılan praktiki addımlar tamam fərqli mənzərə ortaya qoyur. Bu isə prosesin şəffaflığını və etibarlılığını ciddi şəkildə sual altına alır. Belə bir şəraitdə nəticəyə gəlmək çətinləşir. Çünki Ermənistan tərəfinin verdiyi açıqlamalar və səsləndirdiyi bəyanatlar nə adekvat görünür, nə də inandırıcı təsir bağışlayır. Təəssüflə qeyd etmək lazımdır ki, bu cür yanaşmalar mövcud gərginliyin azaldılmasına deyil, əksinə, onun daha da dərinləşməsinə xidmət edir. Bu səbəbdən düşünürük ki, hazırkı mərhələdə Ermənistanın davranışları çox diqqətlə analiz olunmalı, verilən hər açıqlama və atılan hər addım ciddi şəkildə qiymətləndirilməlidir.Amma təəssüf ki, bu cür ciddi və analitik yanaşma çox zaman müşahidə olunmur. Ona görə də bu mərhələdə konkret və yekun qərarların verilməsi düzgün sayılmamalıdır. Prosesin inkişafı və tərəflərin davranışları hələ ki, gözləmə mövqeyi tələb edir. Mövcud situasiya onu göstərir ki, Ermənistan tərəfi hələlik adekvat və inandırıcı addımlar atmır və ortada sülhə doğru real irəliləyişləri təsdiqləyən heç bir ciddi əsas yoxdur. Buna görə də ən doğru yanaşma bu mərhələni zamana buraxmaq və baş verən hadisələri diqqətlə izləməkdir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər