"Azərbaycan dövləti bütün illər ərzində, xüsusəndə müstəqillik illəri ərzində mətbuata öz qayğısı ilə seçilib". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.Onun sözlərinə görə, şəxsən mənim Ulu Öndər Heydər Əliyevlə görüşdə orada olmağım yadımdadır: "Həmin görüşdə Azərbaycan mediasında olan problemləri kökündən kəsmək üçün, tapşırıqlar və göstərişlər verirdi. Hətta medianın borclarını belə sildirmişdi.Bundan əlavə indiki şəraitdə də Prezident İlham Əliyev davamlı şəkildə medianın dostudur. Ona görə də Azərbaycan mətbuatı sərbəstliyini və müstəqilliyini qorumaq şərti ilə dövlətimizlə əl-ələ işləyir. Yəni Azərbaycan dövləti azad mətbuatın ayaqda durmasında olduqca maraqlıdır və bu birmənaldır. İkincisi isə Azərbaycan dövləti medianın inkişaf etməsinə öz töhfəsini verməkdədir və verməyədə davam edəcəkdir.Buna nümunə olaraq Medianın İnkişafı Agentliyi göz önündədir. Medianın İnkişafı Agentliyinin vasitəsilə dövlət media qurumlarına maliyyə ayırır və həmin maliyyə də doğurdanda media qurumlarının davamlılığının təmin edilməsində böyük rol oynayır. Bizim hazırki gəlib çıxdığımız mərhələ onu deməyə əsas verir ki, bu gün Azərbaycan mətbuatı və mediası bütövlükdə dünya mediası ilə rahat şəkildə ayaqlaşa bilir.Xarici dillərdə yeni texnologiyaların tətbiqi ilə ən operativ xəbərləri rahat formada dünyanın istənilən nöqtəsinə çatdıra bilirik. Bu gün dünyanın ən aparıcı dillərində Azərbaycan mediası fəaliyyət göstərir. Bura istər dövlət, istərsə də müstəqil media aiddir. Bu baxımdan fikrimcə, mətbuata dövlət qayğısı öz sözünü deyir, köməyini göstərir və bizdə bunun nəticələrini görürük"- deyə o əlavə edib.
Müəllif: Xeyrənsə Piriyeva