PDF Oxu

Siyasət

  • 423

Şəmkir rayonunda təhsil işçiləri arasında voleybol üzrə regional birinciliyinin final mərhələsi keçirilib

image

YAP Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbində keçirilən turnirdə Şəmkir rayonunu, Tovuz rayonunu və Gədəbəy rayonunutəmsil edən komandalar iştirak etdilər.

Tədbirin açılış mərasimində dövlət himni səsləndirildi, sonraUlu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, rayonda voleybol idman növünün inkişafına və kütləviliyinə nail olmaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün belə tədbirlərin mütamadi keçirilməsinin vacib olduğunu vurğuladı eyni zamanda təhsil işçilərinin intellektual və fiziki inkişafına, həmçinin əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verdiyini qeyd etdi.

F.Vəliyev çıxışının sonunda yarış iştirakçılara uğurlar arzuladı.

Turnirin əsas məqsədi ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini təbliğ etmək, sağlam həyat tərzinin təşviqi, kollektiv ruhunun gücləndirilməsi, təhsil işçiləri arasında idmana marağın artırılması, əməkdaşlığın inkişaf etdirilməsidir.

Turnirin nəticəsinə əsasən Tovuz rayonunun komandası I, Gədəbəy rayonunun komandası ll, Şəmkir rayonunun komandası isə lll yerə layiq görülüblər.

Qalib komandalar Qazax-Tovuz Regional Təhsil İdarəsinin diplom və hədiyyələri ilə təltif olunublar.

Digər xəbərlər