Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Sığırlı kənd 1” ünvanı üzrə ərazi partiya təşkilatı təsis edilib.
Təsis iclasında çıxış edən Sığırlı kənd tam orta məktəbinin direktoru Mütəllim Mütəllimov, YAP Kürdəmir rayon təşkilatının məsul işçiləri Nurlan Şəfiyev, Fuad Qubatov, Sığırlı kənd tam orta məktəbinin əməkdaşları Şamil Əhmədov, Rasim Səfərov, Ülvi Səfərov, Xəqani Seyidov, Arzu Eminova Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini deyiblər. Yeni Azərbaycan Partiyasının yarandığı gündən zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynadığı qeyd olunub.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasının Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Mütəllim Mütəllimov ərazi partiya təşkilatının sədri, Şamo Əhmədov isə sədr müavini seçilib.