YAP Şəmkir rayon təşkilatının inzibati binasının akt zalında keçirilən tədbirdə rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva, rayon İcra Hakimiyyəti Aparatının işçiləri və rayonun digər qurumlarındadövlət qulluğunda çalışan partiya fəalları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub: "Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir".
Vəliyev qeyd etdi ki, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən hər ilin 23 iyun tarixi dövlət qulluqçuları peşə bayramı kimi təsdiq olunub.Artıq on doqquz ildir ki, Azərbaycanın dövlət qulluqçuları özlərinin peşə bayramını qeyd edirlər.Bu müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı ilə yaranıb.
Sonra çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva və digər çıxış edənlər də dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər diləyiblər.
Qeyd olunub ki, dövlət qulluğunda çalışanlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, abadlıq və quruculuq işlərində nümunə göstərirlər.
Tədbir çərçivəsində dövlət qulluğunda fərqlənən rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, rayonun digər qurumlarındadövlət qulluğunda çalışanlar bir qrup şəxslər YAP Şəmkir rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edildilər.