PDF Oxu

Siyasət

  • 1 116

Beynəlxalq təşkilatlar haqq işimizi müdafiə edir - İcma sədri

image

Son zamanlar beynəlxalq təşkilatlar Ermənistandan fərqli olaraq haqq işimizi müdafiə etməkdədir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2024-cü il mayın 4-5-də Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlığını bildirib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə edib. Bundan əlavə, 2025-ci il fevralın 18-20-də Asiya Parlament Assambleyası, aprelin 7-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi rəsmi sənədlərində Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıdış hüququna öz dəstəyini bildirib. SİA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirdə söyləyib.Bu il aprelin 11-13-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Foruma Qərbi Azərbaycan İcması nümayəndələrinin dəvət olunmasını və İcma sədrinin Forumda Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıdış hüququ ilə bağlı məruzə etməsini xüsusi vurğulayan Ə.Ələkbərli əlavə edib: “Yenə də bu ilin aprelində ICESCO rəhbərliyinin İcmaya gəlişi və bu mötəbər beynəlxalq təşkilatın Qərbi Azərbaycan İcması ilə əməkdaşlıqda maraqlı olması, Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüququnu dəstəkləməsi təqdirəlayiqdir”.Daha bir fakta diqqət çəkən İcma sədri deyib: “Bu günlərdə - iyunun 12-də Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclasında qəbul edilən Bəyannamənin 10-cu maddəsi Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüququna həsr edilib və bu hüquq birmənalı şəkildə dəstəklənib. Yeri gəlmişkən, Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə olunub. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iyunun 21-22-də İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub”.

Digər xəbərlər