PDF Oxu

Siyasət

  • 576

Qalib Azərbaycan ordusu FOTOLAR

image

24 iyun 2025-ci il tarixdə YAP Masallı rayon təşkilatı Masallı Heydər Əliyev Mərkəzində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə “Qalib Azərbaycan ordusu” mövzusunda qazi və müharibə veteranlarının iştirakı ilə tədbir keçirmişdir.

Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seyfəddin Əliyev 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və çıxış edərək bildirmişdir ki, artıq 27 ildir ki, hər il iyun ayının 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış anarxiyanı ləğv etmək üçün Ümummilli Lider Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə gəldi. Xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ordu quruculuğunda görülən mühüm işlər Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu öz tarixi missiyasını yerinə yetirib. Əldə olunan şanlı Zəfərlərlə torpaqlarımızı düşmən tapdağından xilas edərək tarixi ədaləti bərpa etməsi ilə nəticələndi. Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. Əldə olunan tarixi zəfərlər zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Masallı şöbəsinin sədri Nahid Rəhimov çıxış edərək Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, ordumuzun qazandığı uğurlardan, o cümlədən 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel zəfəri, 2018-ci il Günnüt qələbəsi və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs etmişdir. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

Tədbirdə Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Vətən müharibəsi iştirakçıları Talıb Qəzənfərli, Çingiz Bəşirov və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs ediblər.

Sonda tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçılarına YAP Masallı rayon təşkilatının qiymətli hədiyyələri təqdim olundu.

Digər xəbərlər