PDF Oxu

Siyasət

  • 662

ŞƏHİD RUSLAN KAZIMOVUN İLDÖNÜMÜNDƏ XATİRƏSİ ANILIB

image

25 iyun 2025-ci il tarixində ağstafalı şəhid Kazımov Ruslan Mustafa oğlunun ildönümü münasibətilə Kolxəlfəli kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Həmçinin tədbir iştirakçıları Eynallı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Vüqar Cavanşir oğlunun atası Hüseynov Cavanşir Kamandar oğlunun dəfn mərasimində iştirak ediblər və ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər