PDF Oxu

Siyasət

  • 1 148

“Ordumuz Qürurumuzdur”

image

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ordumuz Qürurumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Saatlı RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fərhad Mürsəlov, Saatlı RİH başçısı Aparatının hüquq şöbəsinin müdiri Rövşən Muradov, “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Sahil Hüseynzadə və müharibə veteranı Əjdər Hüseynov Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsindəki tarixi xidmətlərindən danışıblar.
Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun təşkilatlanması, böyük qüvvəyə çevrilməsi qazanılan nailiyyətlərin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasəti hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəşadətli Azərbaycan Ordusu cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı Qələbə ilə hərb tariximizin qəhrəmanlıq salnaməsini yazdı.

Digər xəbərlər