Müasir iqtisadiyyat böyük miqdarda enerji tələb edir: binaların sadə işıqlandırılmasından müəssisələrdə texnikasına qədər. XXI –ci əsrdə bütün məişət texnikası ilk növbədə elektrik enerjisi ilə işləyir. Bəzilərini enerji ilə doldurmaq lazımdır. Hətta əvvəllər çuqun batareyaları ilə təmin edilən istilik də elektrik enerjisinə keçdi. Böyük sənaye və müəssisələr güclü avadanlıqlardan istifadə edirlər, onların işləməsi elektrik şəbəkəsindən alınan enerjiyə əsaslanır. Sənaye və kənd təsərrüfatının heç bir sahəsi elektrik enerjisi olmadan edə bilməz. Hər şey elektrikləşdirilmiş və mexanikləşdirilmişdir, müvafiq olaraq enerji istehlakı və yanacaq ehtiyatları tələb olunur.
Elektrik enerjisi sənayesi iqtisadiyyatın əsas sahəsidir, çünki o, əhalinin və xalq təsərrüfatının tələbatını elektrik və istilik enerjisi ilə təmin edir, digər qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu sənayenin düzgün işləməsi iqtisadiyyatın inkişafında mühüm amillərdəndir. Son dövrlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və cənab prezidentimiz, ali baş komandanımız İlham Əliyevin sayəsində elektroenergetika sənayesində sənayenin dövlət tənzimlənməsi sistemi dəyişib.
Müasir enerji texnologiyasında neft və ətraf mühitin kimyəvi çirklənməsini məhv edən bioyanacaqlardan istifadə olunur. Hazırda alimlər osmos effektindən enerji sektorunda, su elektrik stansiyalarının istismarında istifadə edirlər. Stansiyalarda şirin və duzlu su arasındakı təzyiq fərqi turbinlərin fırlanmasına və elektrik enerjisi istehsal etməsinə səbəb olur ki, bu da su elektrik stansiyalarının tikintisindən xeyli ucuz başa gəlir. Elm adamları enerjini naqilsiz məsafəyə ötürmək məsələsi ilə - "enerji İnterneti" ilə məşğul olmağa başladılar. Misal üçün simsiz smartfon şarj cihazını göstərmək olar.
Son illərdə dünya ölkələri ənənəvi karbohidrogenlər əvəzinə bərpa olunan enerji mənbələrindən daha çox istifadə edirlər. Günəş və külək ekoloji cəhətdən təmizdir və istifadə zamanı istehlak edilmir. Yaxın 20 ildə bərpa olunan enerjisi dünya enerjisinin ən sürətlə inkişaf edən seqmenti olacaq. 2035-ci ilə qədər bərpa olunan enerjini qlobal elektrik enerjisi istehsalında payı əhəmiyyətli dərəcədə artacaq.
Azərbaycan 200 GVt-a yaxın bərpa olunan enerji potensialına malikdir. Bunu Prezident İlham Əliyev Əbu-Dabi Davamlı İnkişaf Həftəsinin açılış mərasiminin iştirakçıları qarşısında çıxışı zamanı demişdir. “Azərbaycan bərpa olunan enerji mənbələri sahəsini inkişaf etdirməklə nəinki ixracı şaxələndirə, həm də iqtisadiyyatın ekoloji cəhətdən təmiz sektorunu yarada biləcək”. Cəmi iki il əvvəl Azərbaycan öz tərəfdaşları ilə birlikdə Azərbaycandan Cənubi Avropaya 3500 km uzunluğunda inteqrasiya olunmuş boru kəməri sistemi olan “Cənub Qaz Dəhlizi” enerji meqalayihəsini başa çatdırıb.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda yeni iqtisadi-maliyyə münasibətləri, infrastruktur yaratmaq zərurəti yarandı. Xarici dövlətlərlə əlaqələrin qurulması xammal və materialların ixracına səbəb oldu. Ermənistanla ölkədə hərbi əməliyyatların dayandırılması ilə bağlı müqavilə imzalandıqdan sonra asayişin və sabitliyin bərpasına başlandı, xaricdən sərmayələr axını başlandı. 1999-cu ildə hökumətin səyləri nəticəsində elektrik enerjisi istehsalı artdı, ölkənin enerji sisteminin gücü artmağa başladı, enerji müəssisələrinin köklü modernləşdirilməsi layihələri həyata keçirilməyə başlandı, Azərbaycanın enerji sisteminin beynəlxalq elektrik əlaqələri quruldu. Hazırda elektrik stansiyaları tikilib ki, bu da elektrik enerjisi istehsalını artırıb. Ölkə iqtisadiyyatının elektrik enerjisi sənayesində təmin edilməsi zərurəti elektrik enerjisi sənayesi iqtisadiyyatının əsas vəzifəsidir. Bundan əlavə, dövlətin enerji təhlükəsizliyini də unutmaq olmaz ki, burada əsas vəzifə enerji ehtiyatlarının emalı, istehsalı, istifadəsi, idxalı və ixracıdır.
Azərbaycan Respublikasının enerji sənayesi Qafqazda əsas sənayedir. SSSR-ri dağıldıqdan sonra hər bir respublikanın hökuməti öz ölkəsini ayağa qaldırmağa çalışırdı. Belə çətinliklər Azərbaycanda da oldu. Qeyd etmək vacibdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan böyük uğurlara imza atmışdır. 1990-cı illərin əvvəllərində sənayenin və iqtisadiyyatın bütün sahələrində, o cümlədən energetikada dağıdıcı proseslər dayandırıldı. Təbii ki, Azərbaycanda elektrik stansiyaları hələ sovet dövründə - Cənubi Qafqazda 2400 MVt gücündə "Azərbaycan" EEE, 402 MVt gücündə Mingəçevir SES-i tikilib. 2020-ci ildə Azərbaycanda elektrik stansiyalarının gücü 7621,6 MVt idi.
1974-ci ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmaqla və 1981-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə stansiyanın birinci bloku istismara verilməklə energetika sektorunda uğura addım atıldı. Sovet dövründə Qafqazın ən önəmli energetika mərkəzi idi. Beləliklə energetika sahəsində olan uğur Mingəçevirdən başlandı.
Bildiyimiz kimi, mənfur düşmən torpaqlarımızda 30-dan çox elektrik stansiyasını dağıdıb. 2021-ci ildən bu stansiyaların bərpasına başlanılıb və beş stansiya gücü 27 meqavata çatdıralaq “Azərenerji” tərəfindən bərpa edildi. Qaz təchizatımızın dinamikasına ildən ilə artır. Əgər 2020-2021 illərdə 12 milyard kubmetr idisə, 2027 -ci ilə 20 milyarda çatdırılacaq.
Cənab prezident İlham Əliyev: “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya, gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacaq sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpa olunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın da ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq...”
Bərpa olunan enerji - enerji mənbəyindən alınan enerjidir. Bu enerji mənbələrinə misal olaraq günəşi və küləyi göstərmək olar. Bərpa olunan mənbələr böyük miqdarda enerji təmin edə bilər. Bərpa olunan enerji mənbələrin tam əksi kömür, neft və qaz sayılır ki, onlardan enerji alınan zaman havaya karbon dioksid kimi zərərli maddələr buraxılır. Bu problemlə, demək olar ki, bütün ölkələr məşqul olur və enetjinin alınmasının daha alternativ yolları araşdırılır.
Təbii ki, istənilən sektorda uğur qazanmaq üçün hər atılan addın düşünülməlidir. “8 Noyabr” Stansiyasının istismara verilməsi düşünülmüş siyasət və proqramın əsas hissəsidir ki, bu addımla biz həm təbii qaza qənaət edəcəyik, həm də təbii qazı dünya bazarına ixrac etnəklə iqtisadiyyatımızl daha da gücləndirəcəyik.
İyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər. Təbdirin qonaqları öz çıxışlarına layihənin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafına mühüm rol oynayacağını və dayanıqlı şəkildə işləməsini arzulayır, eyni zamanda, onun Azərbaycanın inkişafına güclü təkan verəcəyini verğulayıblar.
Şəhla Xəlilova
YAP Yasamal rayon “H.Cavid pr. 131” ünvanı üzrə ərazi partiya təşkilatının sədri