PDF Oxu

Siyasət

  • 673

Ölkəmizin enerji siyasətində yeni mərhələ - ŞƏRH

image

Məlum olduğu kimi, 24 İyun 2025 ci il ölkəmizin enerji tarixində mühüm bir mərhələnin başlanğıcı kimi dəyərləndiriləcək əlamətdar gündür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Mingəçevirdə istifadəyə verilmiş "8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın güclənən sənaye və enerji strategiyasının bariz təzahürüdür.

Qeyd edək ki, cəmi iki il ərzində reallaşdırılmış bu nəhəng layihə təkcə texnoloji baxımdan deyil, həm də siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, 1880 meqavat gücə malik bu stansiya Azərbaycanın enerji potensialını ciddi şəkildə artırmaqla yanaşı, ölkəmizin regional enerji təhlükəsizliyində rolunu daha da möhkəmləndirir. Bu mühüm obyektin "8 Noyabr" – Zəfər Günümüz adlandırılması isə təsadüfi deyil. Bu addım Zəfər tariximizin milli rəmzlər sistemində daha dərin şəkildə əbədiləşdirilməsi ilə yanaşı, həm də dövlətimizin strateji inkişaf kursunun və milli gücünün simvoluna çevrilmişdir. Ən başlıcası isə bu layihənin Zəfər ruhunu daşımasıdır. "8 Noyabr" adı bu stansiyaya qürur və məsuliyyət gətirir. Zəfər irsimizi yaşadan, onu inkişafla, tərəqqi ilə möhkəmləndirən bu möhtəşəm infrastruktur Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi qüdrətinin və vətəndaşlarına olan yüksək məsuliyyətinin parlaq təcəssümüdür.

Cənab Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız bu günü deyil, eyni zamanda sabahı da düşünərək addım atır. Enerji sektorunda düşünülmüş siyasət, beynəlxalq tərəfdaşlıq əlaqələrinin düzgün qurulması, daxili resurslardan səmərəli istifadə ölkəmizin iqtisadi suverenliyinin və dayanıqlı inkişafının möhkəm təməlini təşkil edir. Layihənin reallaşmasında İtaliya və Çin kimi strateji tərəfdaş ölkələrlə əməkdaşlıq isə Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin nəticəsidir.

Eyni zamanda, Mingəçevirin tarixən formalaşmış peşəkar energetiklər bazasının bu nailiyyətdə rolu danılmazdır. Bu strateji əhəmiyyətli stansiyanın fəaliyyəti həm enerji səmərəliliyinin artırılmasına, həm də ixrac imkanlarımızın genişlənməsinə xidmət edəcək və ölkəmizin enerji resurslarının dünya bazarına çıxışı daha da intensivləşəcək.

İsmayıl Əvəzov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemlər İdarəsi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər