Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsinə yekun vurulub.2025-ci il 20 iyun - 27 iyun tarixlərində layihə çərçivəsində təlimçilərin iştirakı ilə öncədən keçirilmiş 12 təlim əsasında 5 istiqamət üzrə tapşırıqlar verilib.Bir həftə ərzində hazırlıqlardan sonra gənclərin sosial şəbəkə seqmentlərində iş, montaj və dizayn, UX/Uİ üzrə saytların hazırlanması və istifadəsi sahəsində praktik fəaliyyət və bloqgerlik istiqamətində təqdimatları keçirilib.Təlimçilərin qiymətləndirmələrindən sonra ümumilikdə 50 təqdimat arasından hər istiqamət üzrə 3 ən yaxşı təqdimat seçilib. Sonra ən yaxşı təqdimatı hazırlamış gənclərin mükafatlandırma mərasimi keçirilib. Onlara medallar, hədiyyələr və sertifikatlar təqdim edilib.Təşkilat sədri Aysel Rəhimova bildirib ki, təlimlərdə və təqdimatlarda iştirak edən gənclər informasiya təhlükəsizliyi, hibrid müharibələr, ideoloji savaşlar, SMM, o cümlədən sosial şəbəkələrin bütün seqmentləri, bloqgerlik, UX/Uİ, saytlarda iş, dizayn, videoqrafiya üzrə praktik bacarıqlar nümayiş etdiriblər. Keçirilmiş layihənin nəticələri onu göstərir ki, bu cür təlimlərin davamlı olması məqsədəuyğundur.Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.